“Yürüşlər hazırda çoxları üçün maraqlıdır. Belə insanlar üçün yürüşün nə vaxt keçirilməsi mane olmayacaq”.
Oxu.Az xəbər verir ki, bunu “Baku City Circuit”in icraçı direktoru, Azərbaycan Qran-Prisinin promouteri Arif Rəhimov “F1News.ru” Azərbaycan Qran-Prisinin aprelin sonunda keçirilməsi məsələsinə aydınlıq gətirərkən bildirib.
O bildirib ki, Azərbaycan Qran-Prisinin aprel ayında keçirilməsində müəyyən risklər var: “Məsələn, hava şəraitinin o qədər də xoşagələn olmadığı Kanadada, yaxud Silverstounda nə qədər yürüş keçirilir! İngiltərədə yay vaxtı havanın hərarəti +10 dərəcə də ola bilər, +30 dərəcə də. Çempionatda hava şəraitinin dəyişkən olduğu mərhələlər çoxdur.
Aprelin sonunda Bakıda hava çox pis olmur. Yaxşı istirahət günlərində bizdə hava günəşli və aydın, temperatur +23-24 dərəcə ola bilər. Təbii ki, müəyyən risklər var və iyun ayı ilə müqayisədə risklər daha yüksəkdir. Lakin bunun tamaşaçıların həmin mərhələyə baxmaq arzusuna güclü təsir göstərəcəyini güman etmirəm”.
E.Ə.
www.oxu.az