21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin B qrupunda Portuqaliya ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv "Palms Sports Arena"dakı qarşılaşmada 4:0 hesabı ilə məğlub olub.
Xatırladaq ki, Azərbaycanın U-21 millisi B qrupunda altı komanda arasında 5 xalla beşinci pillədə qərarlaşıb. Portuqaliya 16 xalla liderdir.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti matçına çıxacaq.
Oxu.Az xəbər verir ki, baş məşqçi Rəşad Eyyubovun rəhbərlik etdiyi yığmamız paytaxt Bakıda güclü Portuqaliya kollektivi ilə üz-üzə gələcək.
Bu qarşılaşma "Palms Sports Arena"da saat 15:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi B qrupunda 6 komanda arasında 5 xalla 5-ci sıradadır. Portuqaliya isə 13 xalla birinci pillədə qərarlaşıb.