Respublika şahmat mərkəzində Novruz bayramına həsr olunmuş beynəlxalq şahmat turnirinə start verilib.
Oxu.Az xəbər verir ki, yarışların baş hakimi Nurəli Məmmədzadə bildirib ki, turnirdə 3 ölkədən 64 şahmatçı İsveçrə sistemi ilə mübarizə aparacaq.
Ən yaxşı nəticə göstərən idmançılara mükafat veriləcək.
Turnir martın 28-nə qədər davam edəcək.