İdman Azərbaycanın “Baku Fires” boks komandası Ümumdünya Boks Seriyası (WSB) Liqasında bu mövsümdə keçirdiyi ilk ev görüşünü qələbə ilə başa vurub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Quba Olimpiya Kompleksində keçirilmiş qarşılaşmada komandamız Meksikanın “Mexiko Gerreros” klubuna 5-0 hesabı ilə qalib gəlib.
“Baku Fires” – “Mexiko Gerreros” qarşılaşmasında 52 kq çəki dərəcəsində Məhəmməd Əbdülhəmidov Xantoni Ortiz Markanonu, 60 kq-da Albert Səlimov Fernando Alvaresi, 69 kq-da Məhəmməd Nuriddinov Karl Heldi, 81 kq-da Ramazan Məhəmmədov Boburbek Yuldaşevi, 91 kq-dan yuxarı çəki dərəcəsində isə Arslanbek Mahmudov Renat Rəhimovu məğlub edib.
“Baku Fires” boks komandasının növbəti rəqibi Kuba boksçuları olacaq. Kubalı boksçularla qarşılaşma 2014-cü ilin yanvar ayının 11-də Qubada keçiriləcək.