UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda Türkiyənin "Beşiktaş" klubu Danimarkanın "Midtyulland" komandası ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, görüş İstanbul təmsilçisinin 0:2 hesablı qələbəsi ilə başa çatıb.
"Beşiktaş"ın qollarını 70-ci dəqiqədə Milot Raşitsa, 76-cı dəqiqədə isə Orkun Kökçü vurub.
Xatırladaq ki, komandalar arasında keçirilən ilk oyunda da "Beşiktaş" 1:0 hesabı ilə qalib gəlmişdi. Beləliklə, iki oyunun nəticəsinə əsasən (3:0) Türkiyə təmsilçisi UEFA Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb.
"Beşiktaş" növbəti mərhələdə Çexiyanın "Hradets-Kralove" klubu ilə üz-üzə gələcək.