Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
“Kopenhagen” öz meydanında “Mançester Siti”ni qəbul edib.
“Şəhərlilər” De Brüyne (10), Silva (45+1) və Fodenin (90+3) qolları sayəsində qalib gəliblər. Ev sahibləri bu qolllardan yalnız birinin əvəzini çıxa biliblər (Mattson, 34) - 1:3.
Gecənin digər qarşılaşmasında isə “Real Madrid” “Leypsiq”in qonağı olub. Diazın 48-ci dəqiqədə vurduğu qol kral klubuna səfər qələbəsi qazandırıb - 0:1.
Qeyd edək ki, bu cütlüklərin cavab oyunları martın 7-də baş tutacaq.