Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Cüdo millimiz niyə zəif çıxış etdi? - AÇIQLAMA
Cüdo millimizin məşqçisi Elxan Məmmədov yığmanın İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Qran-Pridə zəif çıxış etməsinə aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, Məmmədov bunu aparıcı idmançılarımızın zədələnməsi ilə əlaqələndirib:
“Rüstəm Orucov, Hidayət Heydərov və Orxan Səfərov xəstələnmişdi deyə, istənilən səviyyədə çıxış edə bilmədilər. Elmar Qasımov isə ilk görüşdən sonra zədələndi. 81 kq-da Murad Fətiyev adlı idmançımız peyda olub. Artıq onun çıxışı bizi sevindirir. Onun zəif cəhəti texnikasıdır. Bunun üzərində işləyirik”.
Qeyd edək ki, bu ay keçirilmiş yarışda Məmmədəli Mehdiyev bürünc və İrina Kindzerskaya qızıl medal qazanıb.
Səbuhi MUSAYEV
"Cüdo" teqi üzrə xəbərlər
- Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb
- Türkiyə millisinin sabiq azərbaycanlı baş məşqçisi nəyə görə məhkəməlik olub? - SƏBƏB
- Kəndlərdən olimpiya çempionları "çıxaranlar": "Qolumu itirdiyimi gördükdə məni idmana dəvət etdi"
- Azərbaycan cüdoçuları Gimnaziadanı birinci yerdə başa vurublar
- Azərbaycan millisi Avropa Kubokunu dördüncü pillədə başa vurub
Rəylər