Beynəlxalq Futbol Federasiyası (FIFA) Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Premyer Liqasında (RPL) çıxış edən əcnəbi futbolçulara müqavilələri birtərəfli qaydada pozmağa icazə vermək qərarına gəlib.
Bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
Müqavilələrə xitam verildiyi təqdirdə futbolçular FIFA qaydalarına əsasən cəzalandırılmayacaqlar.
Futbolçular iyunun 30-dək klublarla əmək müqaviləsini dayandıra biləcəklər. Həmçinin, martın 10-na kimi klubla futbolçu öz aralarında bu məsələni həll etməsə, transfer pəncərəsi xaricində yeni kluba keçid aprelin 7-dən əvvəl baş tutmayacaq.
Qərar görə, Rusiya klubundan ikidən çox futbolçu eyni kluba keçə bilməz.
Qeyd edək ki, bu qərar dayandırılmış Ukrayna çempionatında çıxış edən əcnəbi futbolçulara da şamil edilib.