"Mercedes" komandasının pilotu Andrea Kimi Antonelli Böyük Britaniya Qran-Prisinin təsnifat mərhələsinin qalibi olub.
Oxu.Az xəbər verir ki, 19 yaşlı italiyalı pilot bununla həm bu mövsümdə, həm də karyerasında beşinci poul mövqeyini qazanıb.
İkinci nəticəni "Ferrari" komandasının monakolu pilotu Şarl Lekler göstərib. Üçüncü yeri isə "Formula-1" üzrə yeddiqat dünya çempionu, britaniyalı Lyuis Hemilton ("Ferrari") tutub.
Pilotların ümumi sıralamasında Andrea Kimi Antonelli 171 xalla liderdir. İkinci pillədə onun komanda yoldaşı Corc Rassell ("Mercedes") 131 xalla qərarlaşıb. Üçüncü yerdə isə 125 xalla Lyuis Hemilton yer alır.
Böyük Britaniya Qran-prisi iyulun 5-də Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
"Formula-1" üzrə dünya çempionatında 9-cu mərhələnin - Britaniya Qran-prisinin sprint yarışı başa çatıb.
Oxu.Az xəbər verir ki, əfsanəvi Silverstoun avtodromunda keçirilən yarışda "Mercedes" komandasının pilotu Kimi Antonelli finiş xəttini birinci dəfə keçərək karyerasında ilk sprint qələbəyə sevinib.
Pouldan start alan yeddiqat dünya çempionu, "Ferrari"nin sürücüsü Lyuis Hemilton ev yarışını ikinci yerdə bitirib. Daha bir britaniyalı sürücü, "McLaren"dən sonuncu dünya çempionu Lando Norris isə yarışı üçüncü yerdə başa vurub.
Bir neçə saatdan sonra Qran-prinin əsas yarışı üçün sıralanma turu keçiriləcək. Mərhələyə sabah baş tutacaq yarışla yekun vurulacaq.