Bakıda keçirilən Avropa Oyunlarının təşkili səviyyəsi o qədər yüksək idi ki, o, Olimpiadanın keçirilməsi standartlarına müvafiq idi.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Rusiya Olimpiya komitəsinin prezidenti, Beynəlxalq Olimpiya komitəsinin üzvü Aleksandr Jukov bildirib.
“Bakı çox yüksək göstəricilər nümayiş etdirdi. Yarışların təşkili ən yüksək səviyyədə idi, onu Olimpiya oyunları ilə müqayisə etmək mümkündür. Bu yarışların necə keçdiyini müşahidə edərkən mən əminəm ki, dörd ildən sonra İkinci Avropa Oyunlarını keçirmək istəyən ölkələr tapılacaq”, - Jukov bildirib.
Bakıda ilk Avropa Oyunları iyunun 12-dən 28-nə kimi keçirilib. Növbəti Avropa Oyunları dörd ildən sonra keçiriləcək. Yarışları qəbul edəcək ölkə hələ müəyyən edilməyib.