"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan Oxu.Az-a verilən məlumata görə, Rafael Vieqaş yenidən komandanın sıralarına qayıdıb.
Futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Rafael Vieqaş karyerası ərzində Portuqaliyanın "San-Joau Ver", "Vilaverdense", "Felqeyraş", "Salgueyruş", "Şaveş", "Vizela" və "Agueda", Çexiyanın "1 Znoymo", həmçinin Braziliyanın "Real-DF" komandalarının formasını geyinib.
Qeyd edək ki, Vieqaş ötən mövsüm də "İmişli"nin heyətində çıxış edib. O, 31 oyunda meydana çıxıb və 1 qol vurub.

"Turan Tovuz" yeni transferini açıqlayıb.
Bu barədə Oxu.Az-a Tovuz təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Komanda son olaraq "Sumqayıt"ın formasını geyinən serbiyalı yarımmüdafiəçi Aleksa Yankoviç ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu karyerası ərzində vətənində "Partizan", "Çukariçki", "Vozdovaç" klublarında çıxış edib.

"Zirə" müdafiəçi Mehdi Mişahşahı transfer edib.
Bu barədə Oxu.Az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Futbolçu "Zirə" ilə 3 illik müqavilə imzalayıb.
Mərakeşli oyunçu son olaraq ölkəsində "Raja Kasablanka" klubunda çıxış edib.
22 yaşlı Mehdi Mişahşah "Raja Kasablanka"dan əvvəl Mərakeşin "Kentira" klubunda forma geyinib.
