Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

La Liqa: Mbappe lik "qırmızı"sını aldı, "Real Madrid" qalib gəldi
İspaniya La Liqasının 31-ci turunun "Alaves" - "Real Madrid" matçı başa çatıb.
Oxu.Az xəbər verir ki, görüşün taleyini 1 qol həll edib.
34-cü dəqiqədə Madrid klubunun yarımmüdafiəçisi Eduardo Kamavinqa fərqlənib. 38-ci dəqiqədə fransalı hücumçu Kilian Mbappe kobud qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb. Bu onun kral klubundakı ilk "qırmızı"sı olub. 70-ci dəqiqədə "Alaves"in müdafiəçisi Manuel Sançes də meydandan qovulub.
Keçirilən 31 matçdan sonra "Alaves" 30 xalla La Liqanın turnir cədvəlində 17-ci yerdədir. "Real Madrid" isə eyni sayda oyundan sonra 66 xalla ikincidir. İspaniya çempionatının turnir cədvəlinə 70 xalı olan "Barselona" başçılıq edir.