İngiltərə təmsilçisi "Mançester Yunayted" hazırda Almaniya yığmasına rəhbərlik edən Yulian Naqelsmanla təmaslara başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Topskills Sports UK" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 39 yaşlı çalışdırıcının təmsilçiləri ilə aparılan müzakirələr hələlik ilkin mərhələdə davam edir. Buna baxmayaraq, kollektivin aparıcı üzvləri, o cümlədən kapitan Brunu Fernandeş komandanın hazırkı müvəqqəti baş məşqçisi Maykl Kerrikin tərəfini tuturlar və onu dəstəkləyirlər.
Xatırladaq ki, Yulian Naqelsmanın Almaniya seçməsi ilə mövcud müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub. Mütəxəssis karyerası ərzində "Hoffenhaym", "Leypziq" və "Bavariya" kimi klubları çalışdırıb.
