Misli Premyer Liqasının XXXII turunda daha bir matç keçirilib.
Oxu.Az xəbər verir ki, "Araz-Naxçıvan" "Kəpəz"lə üz-üzə gəlib.
"SOCAR Polymer Arena"da baş tutan matç Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Patrik Andrade (36) və Ramon Maçado (76) vurublar.
Bu nəticədən sonra "Araz-Naxçıvan" 43 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 27 xala malik "Kəpəz" isə 10-cudur.
Qeyd edək ki, bu gün keçirilən digər görüşdə "Qəbələ" "Karvan-Yevlax"ı 2:1 hesabı ilə məğlub edib. XXXII tura mayın 17-də yekun vurulacaq.
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura start verilib.
Oxu.Az xəbər verir ki, açılış matçında I Liqaya düşəcəyi dəqiqləşən "Karvan-Yevlax" "Qəbələ"ni sınağa çəkib. Yevlax şəhər stadionunda keçirilən autsayderlərin duelində qonaqlar 1:2 hesablı əzmkar qələbə qazanıblar.
Bu nəticədən sonra turnir cədvəlində Qəbələnin eyniadlı klubu 24 xalla 11-ci, Yevlax təmsilçisi isə 14 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.
Bu gün Misli Premyer Liqasında 32-ci tura start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.
Əvvəlcə turnir cədvəlinin autsayderləri üz-üzə gələcəklər. "Karvan-Yevlax" öz meydanında "Qəbələ"ni qəbul edəcək. Yevlax təmsilçisi hazırda 14 xalla turnir cədvəlinin sonuncu - 12-ci pilləsində qərarlaşıb. 21 xala malik "Qəbələ" isə 11-cidir. Yevlax şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.
Günün digər matçında isə "Kəpəz" "Araz-Naxçıvan"ın qonağı olacaq. "Araz-Naxçıvan" 40 xalla 7-ci yerdədir. 27 xala malik Gəncə klubu isə 10-cudur. Bu matç isə saat 19:30-da "SOCAR Polymer Arena"da baş tutacaq.
Misli Premyer Liqası
XXXII tur
15 may
17:00, "Karvan Yevlax" - "Qəbələ"
Hakimlər: Əli Əliyev, Gülnurə Əkbərzadə, Mirnihad Seyidov, Vüqar Həsənli;
VAR: Rauf Cabarov;
AVAR: Cəmil Quliyev;
Hakim-inspektor: Anar Salmanov;
AFFA nümayəndəsi: Elçin Mehtiyev;
Yevlax şəhər stadionu.
19:30, "Araz-Naxçıvan" - "Kəpəz"
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov;
VAR: Əkbər Əhmədov;
AVAR: Tural Qurbanov;
Hakim-inspektor: Munis Abdullayev;
AFFA nümayəndəsi: Elgiz Abbasov;
"SOCAR Polymer Arena".