Bu gün Misli Premyer Liqasında XVIII turun növbəti oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, Yevlax şəhər stadionunda "Kəpəz" klubu "Şamaxı"nı qəbul edəcək. Qarşılaşma saat 14:30-da start götürəcək.
Günün ikinci oyununda isə "Zirə" öz meydanında lider "Sabah"la üz-üzə gələcək. Matç saat 17:00-da başlayacaq.
Qeyd edək ki, tura fevralın 1-də yekun vurulacaq.
Misli Premyer Liqası
XVIII tur
31 yanvar
14:30, "Kəpəz" - "Şamaxı"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev;
VAR: Fərid Hacıyev;
AVAR: Asiman Əzizli;
Hakim-inspektor: Munis Abdullayev;
AFFA nümayəndəsi: İlham Əliyev.
Yevlax şəhər stadionu.
17:00, "Zirə" - "Sabah"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov;
VAR: Rəvan Həmzəzadə;
AVAR: Rəhman İmami;
Hakim-inspektor: Orxan Məmmədov;
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu.