Azərbaycan Premyer Liqasında XVIII tur davam edir.
Bu gün daha iki oyun keçiriləcək.
İlk görüş Tovuzda baş tutacaq. Şəhərin eyniadlı komandası mövsümün sürpriz kollektivi “Araz-Naxçıvan”ı qəbul edəcək.
Günün ikinci matçı Sumqayıtda baş tutacaq. “Gənclik şəhəri” təmsilçisi turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “Səbail”lə üz-üzə gələcək.
Qeyd edək ki, turun ilk oyununda ötən gün “Qəbələ” “Sabah”ı 1:0 hesabı ilə məğlub edib. Həm turun, həm də ilin son görüşləri dekabrın 24-də keçiriləcək. “Kəpəz” “Neftçi”nin, “Qarabağ” “Zirə”nin qonağı olacaq.
Premyer Liqa
XVIII tur
23 dekabr (şənbə)
16:00. “Turan Tovuz” - “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu
18:30. “Sumqayıt” - “Səbail”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Kapital Bank Arena”
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | “Qarabağ” | 17 | 12 | 2 | 3 | 44-14 | 38 |
| 2 | “Zirə” | 17 | 8 | 5 | 4 | 13-9 | 29 |
| 3 | “Səbail” | 17 | 7 | 5 | 5 | 26-26 | 26 |
| 4 | “Araz-Naxçıvan” | 17 | 7 | 5 | 5 | 19-16 | 26 |
| 5 | “Neftçi” | 17 | 7 | 4 | 6 | 19-17 | 25 |
| 6 | “Sumqayıt” | 17 | 6 | 6 | 5 | 18-23 | 24 |
| 7 | “Sabah” | 18 | 6 | 4 | 8 | 25-22 | 22 |
| 8 | “Turan Tovuz” | 17 | 5 | 4 | 8 | 26-27 | 19 |
| 9 | “Kəpəz” | 17 | 3 | 5 | 9 | 11-27 | 14 |
| 10 | “Qəbələ” | 18 | 4 | 2 | 12 | 12-32 | 14 |
Bombardirlər: Olavio Juninyo (“Qarabağ”) - 12 qol, Aleksandr Ramalinqom (“Səbail”) - 7