"Qalatasaray"ın müdafiəçisi Abdülkerim Bardakçı UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sportinq"ə qarşı keçiriləcək oyunu buraxacaq.
Oxu.Az xəbər verir ki, təcrübəli futbolçu zədə səbəbindən Lissabon təmsilçisi ilə matçda komandasına kömək edə bilməyəcək.
Abdülkerimin yoxluğunda "Qalatasaray"ın müdafiəsinin mərkəzində yeni transfer El Çadail Bitşiabunun meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, "sarı-qırmızılılar"ın heyətində Viktor Osimhen, Mario Lemina və Uilfrid Sinqo da "Sportinq"lə görüşdə iştirak etməyəcək. "Sportinq" - "Qalatasaray" qarşılaşması sentyabrın 9-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
