“Qarabağ” yeni transfer etdiyi ispaniyalı Qaspar Panadero Samora ilə 3 illik müqavilə imzalayıb.
Bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.
23 yaşlı vinger yeni komandasında “17” nömrəli formanı geyinəcək.
Qaspar İspaniyanın “Almeriya”, “Kadis”, “Ponferradina” klublarında çıxış edib. O, İspaniyanın U-18 və U-19 yığmalarının da üzvü olub.
