Qırğızıstanın taekvondo üzrə milli komandası dələduzların hədəfinə çevrilib.
Oxu.Az "Sputnik Qırğızıstan"a istinadən xəbər verir ki, bu səbəbdən milli komanda Monqolustanda keçiriləcək Asiya çempionatında iştirak etməmək təhlükəsi ilə üz-üzə qalıb.
Federasiyanın vitse-prezidenti Sardor Rəhimşayxovun sözlərinə görə, bu gün komanda akkreditasiya prosesindən keçməli, sabah isə turnirdə çıxışlarına başlamalı idi.
"Planımıza əsasən, Almatıdan Pekin vasitəsilə Ulan-Batora uçmalı idik. Biletlərin alınması üçün 2 milyon som (təxminən 39 000 manat - red.) vəsait köçürsək də məlum oldu ki, biletlər alınmayıb", - deyə o bildirib.
Hazırda milli komanda çempionata yollanmaq üçün çıxış yolları axtarır və kömək məqsədilə maraqlı şəxslərə müraciət edir.