Cari mövsümün yekunlarına əsasən, ilin ən yaxşı futbolçusuna təqdim olunan "Qızıl top" mükafatına 20 əsas namizədin reytinqi açıqlanıb.
Oxu.Az "Goal" portalına istinadən xəbər verir ki, hazırda əsas favorit İngiltərə millisinin və "Bavariya" komandasının hücumçusu Harri Keyndir.
Keynin əsas rəqibləri onun klub yoldaşı Maykl Olise və Fransa millisinin hücumçusu Kilian Mbappe hesab olunur. Argentina millisinin hücumçusu Lionel Messi isə siyahıda beşinci pillədə qərarlaşıb.
"Goal"ın versiyasına görə "Qızıl top"a Top-20 iddiaçı:
-
Harri Keyn ("Bavariya", İngiltərə millisi);
-
Maykl Olise ("Bavariya", Fransa millisi);
-
Kilian Mbappe ("Real Madrid", Fransa millisi);
-
Usman Dembele (PSJ, Fransa millisi);
-
Lionel Messi ("İnter Mayami", Argentina millisi);
-
Erlinq Holand ("Mançester Siti", Norveç millisi);
-
Lamin Yamal ("Barselona", İspaniya millisi);
-
Xviça Kvaratsxeliya (PSJ, Gürcüstan millisi);
-
Deklan Rays ("Arsenal", İngiltərə millisi);
-
Luis Dias ("Bavariya", Kolumbiya millisi);
-
Əşrəf Hakimi (PSJ, Mərakeş millisi);
-
Vitinya (PSJ, Portuqaliya millisi);
-
Vinisius Junior ("Real Madrid", Braziliya millisi);
-
Mikel Oyarsabal ("Real Sosyedad", İspaniya millisi);
-
Qabriel Maqalyans ("Arsenal", Braziliya millisi);
-
Lautaro Martines ("İnter", Argentina millisi);
-
Brunu Fernandeş ("Mançester Yunayted", Portuqaliya millisi);
-
Bukayo Saka ("Arsenal", İngiltərə millisi);
-
Cud Bellinqem ("Real Madrid", İngiltərə millisi);
-
İsmael Saybari ("Bavariya", Mərakeş millisi).