İspaniya millisinin sabiq yarımmüdafiəçisi Luis Suares Miramontes 89 yaşında vəfat edib.
Keçmiş futbolçunun ölüm xəbərini La Liqanın rəsmi “Twitter” hesabı yayıb.
Suares karyerası ərzində “Deportivo”, “Barselona”, “İnter” və “Sampdoriya”da çıxış edib. 1960-cı ildə o, “Qızıl top”u qazanıb.
Futbolçu kimi karyerasını bitirdikdən sonra Suares “İnter”, “Kalyari”, SPAL, “Komo”, “Deportivo”, “Albasete” və İspaniya millisini çalışdırıb.
#LALIGA desea transmitir sus más sinceras condolencias a los familiares y amigos de Luis Suárez Miramontes, histórico jugador y entrenador de nuestro fútbol.
— LALIGA (@LaLiga) July 9, 2023
Descanse en paz. pic.twitter.com/jxO69i8ejI