Milli komandamız bu gün Moldova yığması ilə hazırlıq oyununda qarşılaşacaq.
Oxu.Az xəbər verir ki, komandamızın Antalyadakı təlim-məşq toplanışı çərçivəsində baş tutacaq oyun Qurban Qurbanovun əsas komandamızın baş məşqçisi postunda ilk sınağı olacaq.
46 yaşlı mütəxəssis vaxtilə futbolçu kimi şərəfini qoruduğu komandanı ilk matça çıxaracaq. Eyni zamanda “Qarabağ”ı çalışdıran Qurbanov ən yaxşı bombardiri olduğu millidə fəaliyyətini qələbə ilə başlamağa iddialıdı.
Yoldaşlıq oyunu
30 yanvar
20:00. Azərbaycan – Moldova
Hakimlər: Hüseyin Göçek, Bahattin Duran, Tarık Onqun, Barış Şimşək
“Mardan” stadionu
Azərbaycan: 1. Kamran Ağayev, 30. Abbas Hüseynov, 5. Maksim Medvedev, 19. Rahid Əmirquliyev (K), 22. Əfran İsmayılov, 20. Riçard Almeyda, 2. Qara Qarayev, 13. Mahir Mədətov, 16.Cavid Hüseynov, 15.Ruslan Abışov, 4.Pavel Paşayev
Baş məşqçi: Qurban Qurbanov
Moldova: 1. İlye Çebanu, 2. İon Jardan, 4. Petru Racu, 5. Vyaçeslav Posmaç, 7. Andrey Kojokaru (K), 9. Aleksandru Antonyuk, 22. Anton Rozgonin, 20. Alekdandre Paşenko, 10. Aleksandru Dedov, 19. Maksim Mixaylov, 18. Vladimir Ambros
Baş məşqçi: Aleksandr Spiridon
A.M.
www.oxu.az