İspaniyanın "Real Madrid" futbol klubu "Leypziq" klubundan Kot-d'İvuar millisinin vingeri Yan Diomandeni transfer edib.
Oxu.Az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
19 yaşlı ivuarlı "kral klubu"ilə yeddi mövsümlük - 30 iyun 2033-cü ilə qədər müqavilə imzalayıb.
İnsayder Fabritsio Romanonun məlumatına görə, transfer məbləği 125 milyon avro təşkil edib, Almaniya klubu daha 15 milyon avroyadək vəsaiti bonuslar şəklində əldə edə bilər.
Diomande "Leypziq"dəki debüt mövsümündə keçirdiyi 36 oyunda 13 qol vurub və 10 məhsuldar ötürmə edib.