Azərbaycanın qadınlardan ibarət sablya millisi Səudiyyə Ərəbsitanının paytaxı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, qılıncoynatma yarışlarının son günündə yarımfinal görüşündə Türkiyə millisinə 45:32 hesabı ilə qalib gələn Zərifə Hüseynova, Səbinə Kərimova və Palina Kaspiaroviçdən ibarət komanda finala yüksəlib.
Həlledici qarşılaşmada Özbəkistan yığmasını 45:43 hesabı ilə məğlub edən təmsilçilərimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, Xədicə Həsənli, Aynur Quliyeva və Nazilə Rəhimovadan ibarət şpaqa yığması bürünc medal qazanıb.
Azərbaycan qılıncoynadanları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Oxu.Az xəbər verir ki, sablya növü üzrə qadınlardan ibarət millimiz komanda yarışının yarımfinalında Türkiyəni 45:32 hesabı ilə məğlub edərək həlledici görüşdə iştirak hüququ qazanıb.
Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət yığma qızıl medal uğrunda qarşılaşmada Özbəkistan millisi ilə üz-üzə gələcək.