Bu gün Xantı-Mansiyskdə 20 yaşına qədər yuniorlar arasında keçirlən şahmat üzrə Dünya çempionatı başa çatdı. 13 oyun günü ərzində ən yaxşı gənc şahmatçılar medal, xal və reytinq uğrunda mübarizə aparıblar.
Oxu.Az xəbər verir ki, son tur ərəfəsində bütün şahmatçılarımız medala olan şanslarını itirdilər.
Oğlanlar arasında Misrətdin İskəndərov serbiyalı şahmatçı Miloş Ratkoviçdən güclü müqavimətlə qarşılaşmayıb. Bu qələbə ona 7,5 xal toplayaraq 21-ci yeri tutmaq imkanı verib.
“Derbi”də görüşən qrossmeysterlər Ülvi Bacarani və Nicat Abbasov 2 ssatlıq mübarizədən sonra oyunu sülhlə bitiriblər. Onlar hərəsi 8 xal toplayaraq, müvafiq olaraq 5-ci və 11-ci yerləri tutublar.
Təsəlliverici məqam bütün şahmatçılarımızın reytinqlərini qaldırmağa müvəffəq olmalarından ibarətdir.
Turnirin qalibi gözlənilmədən 10 xal toplayan rusiyalı şahmatçı Mixail Antipov olub.
Bütün turnir boyu mübarizəyə liderlik edən favorit Yan Kşiştof Duda (Polşa) isə məyus halda çiyinlərini çəkməli olub. Son turda mövqeyini qoruyaraq eyni xalı toplayan Duda əlavə üçüncü əmsal üzrə geri qalıb.
Bürünc medalı 9 xal toplayan Matias Blüebaum (Almaniya) alıb.
Qızlar arasında da mübarizə gərgin olub. Liderlər öz aralarında keçirilən oyunlardan sonra, onlardan xalda çox geri qalan və artıq ambisiyaları olmayan şahmatçılar ilə də oyun keçiriblər. Buna baxmayaraq heç kəs üçün asan olmayıb.
Turnirin lideri Ukrayna şahmatçısı Natalya Buksa Günay Məmmədzadəyə qalib gələ bilməyib. Jansaya Abdulmalik (Qazaxlstan) xal miqdarına görə ona çata və ötə bilərdi. Amma Jansaya da heç-heçə oynayaraq bürünc ilə razılaşıb.
Rusiyalı şahmatçı Alina Bivolun həlledici görüşdəki qələbəsi Jansayaya çatmağa, 9,5 xal toplayaraq şəxsi görüşdə onu geridə qoymağa imkan verib.
Günay 8 xal toplayaraq 7-ci yeri tutub.
Digər üç şahmatçımız sonda “qapını çırpıblar”.
Ülviyyə Fətəliyeva İrina Droqovozu (Rusiya) üstünlükdən məhrum edib. Rəqibi risk etdikdə isə təşəbbüsü öz üzərinə götürərək, onu təslim olmağa məcbur edib. Ülviyyənin də 8 xalı var və o, turnir cədvəlində 9-cu yerdədir.
Səbinə İbrahimova macar Yuliana Ternbeyə qalib gəlib. Aytən Əmrayeva isə monqol şahmatçısı Bayarmaa Bayarjarqalı məğlub edib.
Şahmatçı qızlarımız 7,5 xal toplayaraq, müvafiq olaraq 14 və 17-ci yerləri tutublar.