2015-ci ilin birinci rübü ərzində SOCAR-la bağlı Bakı şəhərindəki 1, 2, 3 və 4 saylı “ASAN xidmət” mərkəzlərinə 20 629 müraciət daxil olub.
Bu barədə Oxu.Az-a SOCAR-dan məlumat verilib.
Müraciətlər, itirilmiş smart kartların bərpası, qeydiyyatda olan və yerli qaz istismar sahələrində təsdiq olunmuş məcburi köçkün abonentlərinə limitlərin verilməsi, saldonun çap olunması, borc haqqında məlumatın təqdim edilməsi, smart sayğaclardan istifadə edən abonentlərin şəxsi məlumatlarında dəyişikliklərin edilməsi və bu tipli sayğacların istismarı ilə bağlı məlumatların verilməsi ilə əlaqədar olub.
Qeyd edək ki, daxil olan müraciətlərin hamısı öz həllini tapıb.
Ülviyyə R.Əli
www.oxu.az