Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanın dövlət borcu nə qədərdir?
Bu il aprelin 1-nə olan məlumata görə, Azərbaycanın dövlət borcu 26 milyard 628.8 milyon manat və ya cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun 6.6%-i qədər olub.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilin aprelin 1-i ilə müqayisədə 3.3% çoxdur.
Dövlət borcunun 5 milyard 75 milyon ABŞ dolları və yaxud 8 milyard 627.5 milyon manatı xarici, 18 milyard 1.3 milyon manatı isə daxili dövlət borclarıdır. Bunlar bir il əvvələ nisbətən müvafiq olaraq 11.1% az və 9.7% çoxdur.
"Maliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Sahil Babayev islahatlara BAŞLADI - Bəzi şöbələr LƏĞV EDİLDİ
- Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirib
- MN-dəki mənimsəmə ilə bağlı məhkəmə: "Nəcməddin Sadıkovun göstərişi ilə 800 min manat verilib"
- Heydər Əliyev iqtisadi çöküşün qarşısını necə almışdı? - Sabiq nazir tarixi hadisədən danışdı
- Dövlət büdcəsinin gəlirləri 14 milyard manata yaxınlaşıb
Ən çox oxunanlar