“Cənub Qaz Dəhlizi layihəsinin Avropa İttifaqı üçün olduqca böyük əhəmiyyəti var”.
Oxu.Az xəbər verir ki, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.
O bildirib ki, Avropa İttifaqına təchizatların təhlükəsizliyi baxımından yaxın gələcəkdə bu boru kəmərinin imkanlarının daha da genişləndirilməsi həyata keçiriləcək:
“Azərbaycan tərəfinə bəyan etdim ki, yaxın zamanda mümkün qədər “Şahdəniz” yatağından hasil olan həcmlər artırılsın. Biz müzakirə etdik ki, bu boru kəmərinin ötürücülüyünü daha da, xüsusilə də Qərbi Balkanlar istiqamətində genişləndirək”.
Kadri Simson Trans Adriatik Boru kəmərinin əhəmiyyətindən danışıb və əlavə edib ki, Avropa İttifaqı ilə Azərbaycanı bağlayan bu boru kəməri təchizat marşrutlarının Avropa üçün şaxələndirilməsinə imkan yaradır:
“Bu baxımdan təhlükəsiz təchizatın təmin edilməsində Avropaya onun birmənalı olaraq müsbət təsiri var. Gözləyirik ki, onun imkanları yaxın vaxtlarda artırılacaq və illik 10 milyard kubmetrə çatdırılacaq. Biz hazırda paralel olaraq bazarın gözləntilərini də öyrənirik”.
Nigar Məmmədova