Yaxın Şərqdə münaqişənin yenidən kəskinləşməsi fonunda neft qiymətlərində dalğalanma müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Bakı vaxtı ilə saat 09:11-də Londonun ICE birjasında sentyabr ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 0.31 dollar (0.41%) artaraq bir barel üçün 76.61 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent"in qiyməti 1.72 dollar (2.2%) ucuzlaşaraq bir barel üçün 76.30 dollar təşkil etmişdi.
Nyu-York Ticarət Birjasında (NYMEX) avqust ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin dəyəri 0.32 dollar (0.44%) artaraq bir barel üçün 72.40 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 1.44 dollar (2%) azalaraq bir barel üçün 72.08 dollara satılmışdı.