“BakuBus” MMC bütün daşıyıcılar kimi olacaq. Bu MMC-nin də avtobusları digər ictimai nəqliyyat vasitələri kimi xəttə buraxılacaq və xidmət göstərəcəklər.
Oxu.Az xəbər verir ki, bunu APA-Economics-ə nəqliyyat nazirinin müavini Musa Pənahov son vaxtlar “BakuBus” MMC-nin yaradılması ilə qurumun səlahiyyətlərinin azaldılmasına dair suala cavab verərkən bildirib.
Onun sözlərinə görə, “BakuBus” MMC-nin yaradılması rəqabətdə xidmətin səviyyəsinin artırılmasında çox vacib və lazımlı bir addımdır:
“MMC-nin də nəqliyyat vasitələri xəttə buraxılacaq və bu xətdə xidmət göstərəcəklər. Hesab edirəm ki, Bakı Şəhər İcra Hakimiyyəti burada xidmətin keyfiyyətinin artırılması üçün öz addımlarını atacaq”.
M.Pənahov qeyd edib ki, bu gün paytaxtda marşrutlarda 30-a yaxın daşıyıcı var:
“Bunlardan biri və eyni zamanda daha böyüyü “BakuBus” MMC olacaq. Bu da xidmətin səviyyəsinin artmasına köməklik göstərəcək”.