Kompleks Qazma İşləri Tresti “Pirallahı adası-quru” yatağındakı quyuda qazma işlərinə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) məlumatında deyilir.
“Abşeronneft” NQÇİ-nin sifarişi ilə Qırməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 590 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 4-5 ton neft hasil olunacağı nəzərdə tutulur.