İran və “5+1” ölkələri arasında nüvə sahəsində əldə olunmuş razılıqdan sonra Tehranda ilk beynəlxalq sammit Qaz İxrac edən Ölkələrin Forumu (Gas Exporting Countries Forum - GECF) keçiriləcək.
Oxu.Az Ria.ru-ya istinadən xəbər verir ki, noyabrın 21-də Qaz ixrac edən ölkələrin dövlət başçılarının üçüncü sammiti ərəfəsində bu ölkələrin energetika nazirləri görüşəcəklər.
“2001-ci ildən təsis edildiyi dövrdən Qaz ixracatçı ölkələrinin Forumunun tarixində ilk dəfə, İran forum ilə əlaqədar üç tədbir keçirmək niyyətindədir. Əsasən şənbə günü (noyabrın 21-də) Nigeriyanın sədirliyi ilə nazirlərin görüşü və İranın sədrliyi altında nazirlərin növbədənkənar görüşü baş tutacaq” - Qaz ixracatçı ölkələrinin Forumunun saytında qeyd edilib.
Məlumata görə, Əlcəzair, Boliviya, Misir, Ekvator Qvineyası, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Birləşmiş Ərəb Əmirlikləri və Venesuela samimitin iştirakçılarıdır. İraq, Qazaxıstan, Niderland, Norveç, Oman, Peru müşahidəçi qismində forumda iştirak edəcəklər.
“GECF dövlət başçılarının görüşü isə bazar ertəsi, yəni noyabrın 23-də İranın paytaxtı Tehranda keçiriləcək. GECF üçüncü sammitində qaz bazarının inkişaf startegiyaları və perpektivləri müzakirəsi planlaşdırılır”, - deyə formun saytında deyilib.
Qeyd edək ki, təşkilatın rəsmi binası Qətərin paytaxtı Dohada yerləşir. Birinci sammit 2011-ci ildə Qətərdə, 2013-cü ildə isə Moskovada baş tutub. Qazın ixrac edən ölkələrinin forumu təbii qazın ixracı üzrə dünyada liderlik edən ölkələri birləşdirir.
Onu da əlavə edək ki, Azərbaycan Enegetika naziri Natiq Əliyev tədbirə xüsusi qonaq qismində qatılacaq.
Ülviyyə R. Əli
www.oxu.az