Londonun ICE birjasında "Brent" markalı neftin füçerslərinin qiyməti iyunun 23-dən bəri ilk dəfə bir barel üçün 78 dolları keçib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatlar hərrac göstəricilərində öz əksini tapıb.
Bakı vaxtı ilə saat 12:17-yə olan məlumata əsasən, "Brent" markalı neftinin qiyməti 4.42% artaraq bir barel üçün 77.44 dollara çatıb. Saat 12:21-də isə artım dinamikası daha da sürətlənib və "Brent"in bir bareli 77.68 dollara (+4.75%) satılıb. Saat 12:25-ə olan vəziyyətə görə, "Brent" iyunun 23-dən bəri ilk dəfə 78 dollar səddini keçərək bir barel üçün 78.16 dollar səviyyəsində (+5.39%) qərarlaşıb.
WTI markalı xam neftin füçerslərinin qiyməti isə 5.42% artaraq bir barel üçün 74.26 dollara yüksəlib.
Yaxın Şərqdə münaqişənin yenidən kəskinləşməsi fonunda neftin bahalaşması müşahidə olunub.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Bakı vaxtı ilə saat 09:15-də Londonun ICE birjasında sentyabr ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 2.13 dollar (2.87%) artaraq bir barel üçün 76.29 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent"in qiyməti 2.17 dollar (3.01%) bahalaşaraq bir barel üçün 74.16 dollar təşkil etmişdi.
Nyu-York Ticarət Birjasında (NYMEX) avqust ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin dəyəri 2.06 dollar (2.92%) artaraq bir barel üçün 72.5 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 1.89 dollar (2.76%) artaraq bir barel üçün 70.44 dollara satılmışdı.