Kulinariya təqviminə görə, aprelin 17-i Beynəlxalq Qəhvə Günüdür. Fransızlar gündə üç dəfə qəhvə içirlər, italyanlar onun adına fakültə açıblar, skandinaviyalılar isə onsuz yaşaya bilmirlər.
Dünyada milyonlarla insanın həyatı bir fincan gümrahlaşdırıcı qəhvə ilə başlayır. Hər ölkənin isə onu hazırlama sirləri var.
Oxu.Az AdMe.ru-ya istiandən dünyanın müxtəlif ölkələrində özünəməxsus hazırlanmış bir fincan qəhvənin şəkillərini təqdim edir.
Yumurtalı qəhvə (Vyetnam)

scontent
Tərkibi – yumurta sarısı, qatılaşdırılmış şirin süd, şəkər və isti qəhvədən ibarətdir.
Laplandiya qəhvəsi (Finlandiya)

bincangkopi
Fincana öncə Laplandiya pendiri qoyulur, sonra qəhvə tökülür.
Romasayağı espresso (İtaliya)

unaitalia
Limon dilimli espresso, içməzdən öncə limonu qaşıqla fincanın divarlarına və ya dibinə sıxaraq əzmək lazımdır.
Laqrima (Argentina)

receptai
Süd köpüyünə yalnız bir neçə damcı tünd qəhvə əlavə edilir. Sadə dillə desək, bu südlü qəhvədir.
Bonbon (İspaniya)

flickr
Bu qatılaşdırılmış südlü qəhvədir. Əgər bir qədər adi və bir qədər də qatılaşdırılmış südü qarışdırsaq “leche y leche” alınacaq.
Ədviyyatlı qəhvə (Mərakeş)

datasphere
Küncüt, qara istiot və muskatın qəhvə dənələri ilə qarışığı üyüdülür və ...
Qəhvəli çay (Honkonq)

youth-time
Qəhvə və südlü çayın qarışığı ilk qurtumdan heyran edir! 4 bağlama qara çay, istiot, qatılaşdırılmış süd və 2 çəkim qəhvə lazım olacaq.
Frappe (Yunanıstan)

republikakobiet
Qəhvə, dondurma, süd və buzlu su – dadlı frappé üçün lazım olanlar.
Farisey (Almaniya)

essen
Bu içkini Almaniyada yardıblar, məqsəd isə ailəvi tədbirlərdə spirtli içkilərin olduğunu gizləməkdir: qaymağın altında rom və qəhvənin qarışığı gizlədilir.
Touba (Seneqal)

coffeebeanjunkie
Qovrularkən qəhvəyə Qvineya istiotunun dənələri əlavə edilir. Qəhvənin özü rafinə edilmiş qəhvə kimi bişirilir.
Ballı və sarımsaqlı qəhvə (Türkiyə)

flickr
Türkiyədə məşhur içkidir. Bu qəhvə həm də “Qoca mavrın tərifi” də adlanır.
Portağallı qəhvə (Yamayka)

finecook
Yamayka ilkin olaraq romla assosiasiya edilir. Ənənəvi Yamayka qəhvəsini məhz bu tünd içkini əlavə edərək hazırlanması təəccüblü deyil.
S.S.
www.oxu.az