Amerikan filmlərinin yeniyetmə qız obrazını təsəvvürünüzə gətirin. Sonra 19 yaşlı model Jiji Hədidə baxın. O, əsl amerikandır. Bütün cizgiləri - dolucanlı bədən quruluşu, sarı saçları və uşağı xatırladan üzü ilə.
Oxu.Az ailem.az-a istinadla xəbər verir ki, Jiji eks-model, realiti-şou iştirakçısı İolanda Fosterlə Fələstin əsilli amerikan memar Məhəmməd Hədidin övladıdır. Atası Məhəmməd “Ritz-Carlton” otellər zəncirinin baş memarıdır, əksər Hollivud ulduzları evlərinin tikilişini məhz ona etibar edirlər. 2000-ci ildə cütlük boşananda media Məhəmməd Hədid haqda yazmışdı: “Onun sərvəti orta səviyyəli Avropa ölkəsinin büdcəsindən çoxdur”.
İlk dəfə Jiji kamera qarşısına 2 yaşında “Guess Kids” reklamlarına çəkiləndə keçib. Bundan sonra ailəsi onun reklamlarda görünməyinə qarşı çıxıb, onu təhsilə və idmana yönəldiblər. Onun qayıdışı yenə “Guess” markası ilə bağlı olub. 2012-ci ildə model markanın siması seçilib.
“Sports İllustrated” dərgisi daxil olmaqla bir çox nəşrlərə, xüsusən kişi jurnallarına çəkiləndən sonra populyarlaşıb. Bu il o, “Marc Jacobs” və “Desigual” podiumlarına çıxıb.
Jiji eks-model olan anası İolandanın ona verdiyi məsləhətləri də ictimaiyyətdən gizlətmir. Dediyinə görə, anası ona ən çox dərisinin qeydinə qalmağı tapşırır. Həmçinin pəhrizini də pozmamağı tapşırır: “Bir günlük pəhrizi pozmaq olar, ancaq səhəri gün mütləq yediklərinə fikir verməlisən. Çünki Parisdə və Milanda kişilər arıq qızları sevir”.
Qeyd edək ki, Hədid indi özündən bir yaş balaca olan avstraliyalı pop-ulduz Kodi Simpsonla sevgilidir.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin