Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Avstraliyada qorxulu anlar: Köpəkbalıqları dalğıc qadına hücum etdilər - ANBAAN GÖRÜNTÜLƏR
Avstraliyanın Middleton rifində çəkiliş aparan dalğıclar qrupu köpəkbalıqlarının qəfil hücumuna məruz qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilir ki, 12 metrlik yelkənli katerdən dənizaltı həyatı lentə alan qrupun ilk dalışı zamanı bir neçə Qalapaqos köpəkbalığı (boz rif köpəkbalığı kimi də tanınır) kamera və işıqla təchiz olunmuş qadın dalğıca tərəf sürətlə yaxınlaşıb.
Təhlükəli anlarda köpəkbalıqları qadına çırpılıb, onu itələyib, lakin dişləməyiblər.
Ekspertlər hücumun səbəbini kameranın işığı və qadının hərəkətinin "ovu ələ keçirmək" təəssüratı yaratması ilə izah ediblər.
Xoşbəxtlikdən, dalğıc qadın xəsarət almadan xilas olub və qrup çəkilişləri davam etdirib.
"Köpəkbalığı hücumu" teqi üzrə xəbərlər
- ABŞ-də köpəkbalığı sörfçüyə hücum etdi: Ciddi xəsarət aldı
- İsraildə köpəkbalığı hücumu: Bir nəfər itkin düşüb
- Karib dənizində DƏHŞƏT: Köpəkbalığı ilə şəkil çəkdirmək cəhdi faciə ilə nəticələndi
- 17 yaşlı qız köpəkbalığının qurbanı oldu
- Dəniz yırtıcıları mühasirədə: Qatil balinalar ağ köpəkbalıqlarına qarşı