Hazırda paytaxtda qarlı hava şəraiti müşahidə edilsə də, paytaxt yollarında ciddi tıxac müşahidə edilmir.
Bu barədə Oxu.Az APA-ya istinadən xəbər verir.
Bəzi küçə və prospektlərdə, o cümlədən Tbilisi prospekti, Ziya Bünyadov prospekti, (Koroğlu metrostansiyası istiqamətində) Heydər Əliyev prospekti (şəhər istiqamətində), Xocalı prospekti (şəhər istiqamətində), Abdulvahab Salamzadə, Həsən Əliyev, Yusif Səfərov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Məlumatda o da vurğulanır ki, faktiki hava şəraiti ilə əlaqədar olaraq, Bakının əsas avtomagistrallarında - Heydər Əliyev prospekti - hava limanı istiqamətində, eləcə də Nobel prospekti - Zığ yolu - Hövsan istiqamətində bütün zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.
E.Ə.
www.oxu.az