İyunun ayının sonunda Bakıda “Kitayski Prado” satışa çıxarılacaq. Söhbət “Toyota Prado”nun oxşarı olan və Çində istehsal olunan avtomobildən gedir.
Oxu.Az fins.az-a istinadən xəbər verir ki, bu nəqliyyat vasitəsinin 2.0 turbo mühərrikinin gücü 251 at gücünə qədər artırılıb. Bununla bərabər modelin qarışıq yanacaq sərfiyyatı 11 litrə qədər azaldılıb. 8 ZF avtomat sürət qutusu ilə əvəzlənib.
Avtomobilin kuzovunun “Toyota Prado” ilə oxşar olmasına gəlincə, bu nəqliyyat vasitələrinin ölçüləri fərqlidir. Belə ki, sözügedən avtomobil “Toyota Prado”dan 4 sm enli, 6 sm hündür və 8 sm uzundur. “Kitayski Prado” orijinal “Prado”dan ucuz olacaq.
A.M.