Bakının Ziya Bünyadov prospektində zəncirvarı qəza baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə prospektin Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
Belə ki, Ələkbərov Orxan 10-ZM-494 dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobili yüksək sürətlə sürüb. İdarəetmədən çıxan “Nissan” yol kənarında hərəkətsiz dayanan “Mercedes” ə çırpılıb. Zərbənin təsirindən “Mercedes”dən çıxan ehtiyat hissələri “Toyoto” markalı avtomobilə dəyib. Nəticədə hər üç avtomobil yararsız hala düşüb. O.Ələkbərov ağır xəsarət alaraq 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Hadisənin baş verdiyi əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hər 3 avtomobil cərimə meydançasına aparılıb.
Araşdırma aparılır.
A.M.