Axşam saatlarında paytaxtın Ziya Bünyadov prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın xəbərinə görə, qəza nəticəsində üç avtomobil toqquşub.
Qəzadan sonra “Koroğlu” metrostansiyasından 20 Yanvar dairəsi istiqamətində nəqliyyatın hərəkətində tıxac yaranıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
S.B.
www.oxu.az