Yağışlı hava ilə əlaqədar olaraq paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti-Buzovna dairəsinədək və Zığ dairəsi-Hava limanı yolunda bütün zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə APA məlumat yayıb.
14:17
Paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti - Buzovna dairəsi və Zığ dairəsi - hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.
“Həmçinin bildiririk ki, Rəşid Behbudov küçəsi istisna olmaqla, hazırda paytaxtın digər küçə və prospektində nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir”, - deyə məlumatda qeyd olunur.
E.Ə.
www.oxu.az