Bigadiç Parkında qurulan bulaqdan hər həftənin cümə axşamı günü isti süd axır.
Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Bigadiç Bələdiyyəsi və Bigadiç Süd Birliyinin əməkdaşlığı ilə xalqın süd istehlakını artırmaq məqsədiylə başladılan layihə vətəndaşlar tərəfindən maraqla qarşılanıb.
Bulaqdan bu günə qədər bir tona yaxın süd istehlak edildiyi bildirilib.
Aytən Sadıqzadə
www.oxu.az