Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ən "gözəl" xəstəliyin adı açıqlandı: Gözlərdə sanki qalaktika parlayır
Kifayət qədər yayılmış bir xəstəlik insan gözündə bütün qalaktikanı "işıqlandıra" bilər.
Bu xəstəliyə düçar olan insanlar, təbii ki, gözlərinin qarşısında heç bir ulduz görmürlər. Lakin onların gözlərinə baxan hər kəs qaranlıq fonda yanıb-sönən kiçik işıq nöqtələrini görə bilərlər.
Alimlərin fikrincə, bu, asteroid hialozu (AH) adlanan yaşa bağlı vəziyyətdir. Elm adamları onun insanlarda niyə rast gəlindiyini və ya insan sağlamlığına hansı təsirlərin göstərdiyini hələ bilmirlər.
Məlumdur ki, risk faktorlarından biri də yaşdır. Bu vəziyyətin digər xəstəliklərlə əlaqəsi hələ aydın deyil. Toplanmış məlumatlara görə, AH təxminən hər 100 nəfərdən 1-2-nə təsir edir. Xəstəlik itlərdə də rast gəlinir.
Xəstəliyin özü nadir hallarda görmə problemlərinə səbəb olur və adətən tədricən inkişaf edir. Bir çox insanlar gözlərində "qalaktikaların" olduğundan heç şübhələnmirlər.
Alimlər deyirlər ki, ulduzabənzər fraqmentlər gözün şüşəvari cismində və ya geləbənzər mayedə materialın, çox vaxt kalsiumun yığılmasıdır.
Məsələ ondadır ki, yaş keçdikcə gözün çüçəvari cismində infeksiya, iltihab və ya qanaxmaların qalıqları toplana bilər. Onlar kənardan bulanıqlıq və ya tünd ləkələr kimi görünə bilər. Digər növ qalıqlar kənardan baxanlar üçün qığılcım kimi görünür.
Birbaşa işıq altında bu asteroid cisimləri krem rəngində görünür. Ancaq oftalmoskopdan istifadə edərkən material qızıl dənələri kimi parlayacaq.
Xəstəliyə dair müşahidə tədqiqatları indiyədək qarışıq nəticələr verib. Bu vəziyyət iltihab olmadan da baş verir və bəzi ekspertlər bunun qan damarları və hüceyrələrin resirkulyasiyası ilə bağlı problemlərlə əlaqəli olduğuna hesab edirlər.
Mənbə: Science Alert