Uzun illər ən ağlamagəlməz baqajlarla rastlaşan gömrükçüləri təəccübləndirmək çətin işdir. Amma qaçaqmalçıların qeyri-adi və qəribə əşyaları gömrük nəzarətindən gizlin keçirmək üçün çalışdırdıqları təxəyyül bəzən bütün mümkün sərhədləri aşır.

1. Üç min yaşı olan bu sarkofaqı aşkar edən Mayami aeroportunun gömrük xidmətinin əməkdaşları gözlərinə inanmayıblar. Şəkildə gördüyünüz adam, sarkofaqı geri almaq üçün ABŞ-a gələn Misirin antikvariat üzrə Ali Şurasının rəhbəri Zaxi Havassdır. Tapıntının Misirdən 100 il öncə oğurlandığı ehtimal edilirdi.

2. Silahlanmış bu müqəvva Avstraliyadan Texasa hədiyyə kimi göndərilmişdi. Amma o, Sidneydə müsadirə edilib, belə ki, ölkə qanunlarına görə, vəhşi heyvanların idxalı qadağandır. Gömrükçülər hədiyyənin həddən artıq zövqsüz olması səbəbindən də ölkəyə buraxmamaq olar, deyə zarafat ediblər.

3. Münhen gömrükçüləri iki italyan qadının çantasında skelet aşkar edərkən şok keçiriblər. Qadınlar isə bu skeletin onların Braziliyada vəfat edən əcdadlarının qalıqları olduğunu və onu İtaliyada dəfn etmək istədiklərini bildiriblər. Skeletin sahibinin öz əcəli ilə öldüyünü sübut edən arayış təqdim edildikdən sonra italiyalı xanımlara qalıqları vətənlərinə aparmağa icazə verilib.

4. Qnaunsuz silahlar gömrükdə müsadirə edilən əşyaların siyahısında uzun müddətdir ki, liderdir. Amma bir qrup fransızın çantasında aşkar edilən bu maska dəstinə hələ heç bir yerdə rast gəlinməmişdi.

5. 2009-cu ildə 24 yaşlı kişi Sidney aeroportunda qaçaqmalçılıq yolu ilə baqajında dörd növ ilan və müxtəlif növ kərtənkələlər keçirmək istədiyi üçün həbs edilib.

6. Con F.Kennedi aeroportunun əməkdaşları 2009-cu ildə 100 min dollar dəyəri olan iki əskinaz keçirmək istəyən Koreya vətəndaşını saxlayıblar. Bu nadir banknotlar 1934-cü ildə buraxılsa da ümumi dövriyyəyə düşməyiblər. Təbii ki, koreyalının banknotları saxta idi.

7. Böyük Britaniya gömrükçüləri isə bir dəfə poçt şöbəsində Freddi Krüger stilində əlcək müsadirə ediblər.

8. 2008-ci ildə Kanada və ABŞ arasında Lyuiston və Kuinston sərhəddində 100 şüşə “müqəddəs su”yun deklarasiyasını təqdim edən Barbadosdan olan 50 yaşlı kişi sərhədçilərdə şübhə doğurub. Yoxlama zamanı isə suyun əslində maye ketamin olduğu aşkarlanıb.

9. 2009-cu ildə Banqkoqdan Yohannesburqa uçan reysdə bağajında timsah da daxil olmaqla 70 heyvanı keçirmək istəyən qaçaqmalısının ambisiyaları qarşısında baş əymək olar.

10. Münhen aeroportunun əməkdaşları isə baqajdan çürümüş meymun başı tapıblar. Xoşbəxtlikdən o tapıntının şəkli yoxdur.

11. Başlardan söz düşmüşkən... Denver aeroportunun gömrük əməkdaşları biologiya müəlliminin baqajında kəsilmiş suiti başı tapıblar. Müəllim onu ölü heyvanın cəsədindən kəsdiyini və “tədris məqsədilə” istifadə edəcəyini bildirib.

12. 2010-cu ildə Şarl de Qol aeroportunda 350 ədəd Faberje yumurtası aşkar edilib. Onlar qaçqamalçılıq yolu ilə Rusiyadan çıxarılıb.

13. Yunanıstan polisi iki amerikalı turisti mərhumları təhqir etməkdə ittiham ediblər. Belə ki, onların əl baqajından altı insan kəlləsi tapılıb. Turistlər isə kəllələri suvenir mağazasından aldıqlarını və onların həqiqi olmadığını düşündüklərini bildiriblər.

14. Bu “yük” isə hələ müsadirə edilməyib... Braziliya Federal polisi tərəfindən təqdim edilən şəkildə 20 yaşlı İrlandiya vətəndaşının mədə-bağırsaq traktında kokain bağlamalarını görmək olar. Adı gizli saxlanılan gənc Brüsselə uçan təyyarəyə qalxarkən saxlanılıb. Saxlanılan şəxsin mədə-bağırsaq traktında çəkisi təxminən 1 kq-a bərabər 72 bağlama olub.
S.S.
www.oxu.az