Dövlət və bir çox özəl məktəblərdə dərslər dayandırılıb, inşaat işləri qadağan edilib. Tüstünün səbəbi isə - Divali Odlar Festivalının canfəşanlıqla keçirilməsidir. Artıq neçə gündür ki, çoxsaylı fişənglərin və yandırılmış tarlalardan qalxan tüstü üzündən şəhərdə nəfəs almaq mümkün deyil.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, hava çirklənməsinin səviyyəsi Dünya Səhiyyə Təşkilatının təhlükəsiz hesab etdiyi səviyyədən 90 dəfə, hind hökumətinin təyin etdiyi səviyyədən isə 15 dəfə artıqdır.

Kəndli Bicender Sinqx Nyu-Dehli ətrafında yerləşən tarlasında.

Hindistan darvazaları – Birinci Dünya və Üçüncü ingilis-əfqan müharibələrində ölən hind əsgərlərinin şərəfinə ucaldılmış abidə.

Piyadalar və sərnişinlər respiratorlar olmadıqda əl altında olan vasitələrdən istifadə etməyə çalışırlar.

Dehli küçəsində velorikşa.

Noyabrın 6-da Çxatx-Puca bayramında Günəş allahı Suryeyə dua edən hindlilər.

Nyu-Dehlidə tüstüyə bürünmüş park.

Yolda görüntü 200 metrdən çox deyil.

Nyu-Dehlidə hindli ailəsi.

Estakada altında şar ilə oyun.

Havanın çirklənməsinə qarşı etiraz aksiyasında iştirak etməyə gedən ailə.

Bu şəkil noyabrın 2-də çəkilib. Tezliklə Dehlidə bədbəxt hadisələrdən qaçınmaq üçün beş gün müddətinə bütün inşaat işləri qadağan ediləcək.

Dehli parkında səhər.

Parça maskalar zəif müdafiədir.

Bu günlərin əlaməti, şəhər sakinləri və qonaqları xatirə olaraq “selfie” çəkdirirlər.
S.S.
www.oxu.az