Dünən səhər saatlarında Bakının Nərimanov rayonu ərazisində - Məmməd Araz küçəsində lüks idman avtomobilinin İTV-nin xidməti avtomobilinə çırpılması hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Oxu.Az lent.az-a istinadən xəbər verir ki, 20 yaşlı Musa Həşimovun idarə etdiyi “Chevrolet Camaro” markalı, 99 LS 715 dövlət qeydiyyat nişanlı avtomobil İTV telekanalına məxsus “Shkoda” markalı, 10 PK 506 nömrəli avtomobilə çırpılandan sonra yol kənarında dayanmış 1979-cu il təvəllüdlü İsmayılov Kənan Mübariz oğlunu vurub.
Hadisə nəticəsində İTV-nin sürücüsü ilə digər əməkdaşı, eləcə də “Chevrolet Camaro”nun sürücüsü xəstəxanaya aparılıb. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Yol kənarında dayandığı zaman bədbəxt hadisə ilə üzləşən Kənan İsmayılovun isə xəsarəti daha ağır olub. Onun sağ ayağı pəncə hissədən kəsilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
30.05.2017 (11:11)
Bu gün səhər saatlarında Bakıda ağır yol qəzası baş verib.
Oxu.Az lent.az-a istinadən xəbər verir ki, saat 09:00 radələrində Nərimanov rayonu ərazisində keçmiş Teymur Əliyev, hazırkı Məmməd Araz küçəsində “Chevrolet Camaro” ilə İctimai Televiziyaya məxsus avtomobil toqquşub. Nəticədə 2 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.
Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırma aparılır.
A.M.