Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı avtomobil 1998-ci il təvəllüdlü Seyfəli kənd sakini Musayev Çingiz Gündüz oğlunu adlı şəxsi vurub.
Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilən gəncin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az