Azərbaycanda magistral yolda sürücü mikroavtobusu təhlükəli sürərək özü ilə yanaşı, digər sürücülərin də həyatını təhlükəyə atıb.
Oxu.Az xəbər verir ki, hadisənin videosunu BAKU.WS-ə göndərən hadisə şahidləri bildirir ki, mikroavtobusla bu cür manevrin edilməsi ilə 3-cü dəfədir ki, qarşılaşırlar.
Şəmkirdən Tovuz istiqamətində hərəkət edən mikroavtobusun sürücüsü qarşısındakı avtomobillərin sağ tərəfindən ötmə əməliyyatı edib.
Sürücü bunu edərkən yoldan kənara çıxıb.
Həmin görüntüləri təqdim edirik:
E.Ə.
www.oxu.az