Tovuz rayonunda avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib.
Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, rayon sakini, 1957-ci il təvəllüdlü Yaşar Məhərrəm oğlu Kərimovu yolu keçmək istəyərkən “VAZ -2106” markalı avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən sürücü Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
S.B.
www.oxu.az