Türklər bu gün Bakının mərkəzində – Fəvvarələr meydanında izdihamlı yürüş ediblər.
Oxu.Az-ın məlumatına görə, bir neçə nəfər musiqiçidən ibarət olan milli geyimli dəstə Osmanlı imperiyasının məşhur “Mehtər” marşını oxuyub.
Onların yürüşü və ifası ətrafdakı insanlar tərəfindən maraqla qarşılanıb və aksiyaya qoşulublar.
Türkiyənin İstiqlal bayramını qeyd edən yürüş iştirakçıları ilk dəfədir ki, Bakıda belə bir fləşmob təşkil edirlər. Sosial şəbəkələrdə videogörüntüləri yayılan yürüş türklər və azərbaycanlılar tərəfindən paylaşılıb.
Türklər bu marşı dünyanın bir çox ölkələrində oxuyaraq yürüşlər edirlər. Hətta Yaponiyada da bu yürüş keçirilib.
Z.Q.